AZ

Azərbaycanda bank riskləri tənzimləmənin modernləşdirilməsi üzrə təşəbbüslər sayəsində azalıb -"S&P"

Bakı. Trend:

Azərbaycanın bankları 2016-cı ildən etibarən sabit maliyyələşməprofili nümayiş etdirir.

Bu barədə Trend“S&P Global Ratings”ə istinadən xəbər verir.

“Sektorun maliyyə institutları üzrə tənzimləmə və nəzarətinmodernləşdirilməsinə yönəlmiş təşəbbüslər sayəsində Azərbaycandabank risklərinin azaldığını hesab edirik. Bu təşəbbüslər son üç ilərzində 2024–2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafStrategiyası çərçivəsində həyata keçirilib. Həmin tədbirlərsırasına risklərin qiymətləndirilməsinə əsaslanan nəzarət modelinəkeçid, 2026-cı ildə Beynəlxalq Maliyyə Hesabatı Standartlarının(MHBS-9) tətbiqi və son iki ildə korporativ idarəetməstandartlarının gücləndirilməsi daxildir. Depozit bazasının artımınəticəsində Azərbaycan bankları 2016-cı ildən etibarən sabitmaliyyələşmə profili nümayiş etdirir. Depozitlərin dollarlaşmasəviyyəsi tədricən regional analoqların səviyyəsinədək azalsa da,hələ də kreditlərin dollarlaşmasından xeyli yüksək olaraq qalır ki,bu da bankların xarici valyutada aktivləri və öhdəlikləri arasındavalyuta uyğunsuzluqları yaradır”, - S&P hesabatında qeydolunur.

Agentlik vurğulayır ki, iqtisadi risklər üzrə müsbət dinamika2026-cı ildə riskəsaslı nəzarətə keçid və tənzimləyici nəzarətingücləndirilməsi nəticəsində kredit risklərinin azalacağına dairgözləntiləri əks etdirir.

“Tənzimləyici artıq 2024–2025-ci illərdə bankların riskəmeylliliyini məhdudlaşdırmaq, kreditləşmə və anderraytinqstandartlarını sərtləşdirmək məqsədilə bir sıra tədbirlər həyatakeçirib. Hesab edirik ki, MHBS-9-a keçiddən sonra tənzimləyici vəprudensial hesabatlılıq üzrə formalaşan artıq ehtiyatlar sərbəstburaxılmayacaq. Karbohidrogen qiymətlərinin əhəmiyyətli dərəcədəazalması və bunun iqtisadiyyata təsiri, o cümlədən real iqtisadiartımın zəifləməsi, şirkətlərin və ev təsərrüfatlarının ödəməqabiliyyətinin pisləşməsi - halında iqtisadi risklər üzrə proqnozusabit səviyyəyə dəyişə bilərik. Eyni zamanda kreditləşmənin vədaşınmaz əmlak qiymətlərinin sürətli artımı iqtisadi disbalanslarvasitəsilə riskləri artıra bilər”,- hesabatda bildirilir.

S&P qeyd edir ki, sektor riskləri üzrə sabit tendensiyadaartıq son üç ildə tənzimləmə və nəzarətin sərtləşdirilməsini,bankların sabit maliyyələşmə profilini, həmçinin bazarda yeniiştirakçılar tərəfindən aşağı rəqabət təhdidi fonunda üç ən irioyunçunun dominant mövqeyi nəzərə alınır.

Seçilən
11
az.trend.az

1Mənbələr