AZ

İran İsrail qarşıdurmasına siyasi şərhçidən baxış

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Əli Laricaninin verdiyi açıqlama ilə İsrailin baş naziri Benyamin Netanyahunun son bəyanatı mahiyyət etibarilə eynidir”.

Bu fikirləri Gununsesi.info açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, tərəflər faktiki olaraq bir-birinə qarşı hərbi toqquşma vəziyyətindədir və əsas hədəf qarşı tərəfin hərbi imkanlarını zəiflətməkdir:

“İsrail və ABŞ açıq şəkildə atom-nüvə obyektlərini hədəf kimi göstərmirlər. Bunun səbəbi kimi isə əvvəlki toqquşmalar zamanı həmin obyektlərin vurulduğunu və tamamilə dağıdıldığını bəyan etmələri göstərilir.

Hazırkı mərhələdə əsas hədəf İranın Sepahdır- İnqilab Keşikçiləri Qvardiyası, onun obyektləri və sənaye qurğularıdır. O qeyd edir ki, ABŞ və İsrailin əsas tələblərindən biri İranın uzaqmənzilli raket istehsalının qarşısının alınmasıdır. Netanyahunun on gün əvvəl irəli sürdüyü şərtlərdən biri də İranın 300 kilometrdən artıq məsafəni vuran raketlər istehsal etməməsi idi. İran isə bu tələbi qəbul etməyib.

Növbəti mübahisə mövzusu zənginləşdirilmiş uranın ABŞ-a verilməsi məsələsidir. Xamenei isə bildirmişdir ki, ABŞ Körfəz bölgəsinə ən müasir hərbi donanmasını yerləşdirir və İranın həmin qüvvələri sıradan çıxarmaq imkanı var”.

Sədrəddin Soltanın qənaətinə görə, bu bəyanatlar tərəflər arasında ciddi qarşıdurmanın davam etdiyini göstərir.

O bildirir ki, İranla İsrail arasında quru sərhəd olmadığı üçün quru əməliyyatı ehtimalı zəifdir:

“Buna görə də mümkün qarşıdurma əsasən dəniz və hava məkanında, hərbi donanma və hava hücumundan müdafiə vasitələri üzərindən davam edə bilər”.

Banu

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
icma.az

1Mənbələr