Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) ilə İtaliyanın “Numia” və“Bancomat” şirkətləri arasında rəqəmsal maliyyə xidmətləri vəödəniş texnologiyaları sahəsində əməkdaşlıq imkanları, innovativödəniş həllərinin tətbiqi, eləcə də beynəlxalq təcrübəninöyrənilməsi məsələləri müzakirə olunub.
Trend xəbərverir ki, bu, Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilovunİtaliyanın “Numia” və “Bancomat” şirkətlərinin nümayəndə heyəti iləgörüşü zamanı baş tutub.
Qeyd edilib ki, bu görüş Dövlət Neft Fondu və AzərbaycanRespublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi(AZPROMO) tərəfindən təşkil olunan, “Fondo Strategico Italiano(FSI)” şirkətinin təşəbbüsü ilə İtaliyanın biznes sektorununnümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutub.
Səfər çərçivəsində “Azərbaycan–İtaliya biznes və investisiyaəlaqələri” mövzusunda tədbir də keçirilib. Tədbirdə Azərbaycan vəİtaliya arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti vəinkişaf perspektivləri, prioritet sektorlar üzrə investisiyaimkanları, əlverişli biznes mühiti və institusional əməkdaşlığıngenişləndirilməsi məsələləri müzakirə olunub.