Bakı. Trend:
Azərbaycanın Dövlət Neft Fondunun (SOFAZ) xarici valyutada olanaktivlərinin 2029-cu ilə qədər ölkənin xarici borcunu üstələyəcəyigözlənilir.
Bu barədə Trend“S&P Global Ratings” agentliyinə istinadən xəbər verir.
“Azərbaycanın xarici balansı və xalis fiskal mövqeyi ölkənin əngüclü kredit göstəriciləri sırasında qalmaqdadır. Bu, SOFAZ-datoplanmış əhəmiyyətli valyuta aktivləri hesabına təmin olunur vəhəmin aktivlərin 2029-cu ilə qədər xarici borcu üstələyəcəyigözlənilir. Bu ehtiyatlar xarici şoklara qarşı mühüm qoruyucu roloynayır”, – hesabatda qeyd olunur.
“S&P”-nin proqnozuna görə, dövlət sektorunun konsolidəolunmuş xalis mövqeyi SOFAZ-da vəsaitlərin toplanmasının davametməsi və dövlət borcunun aşağı səviyyədə qalması hesabına 2028-ciilə qədər ÜDM-in 50 faizindən yuxarı səviyyədə qalacaq.
“Gözləntilərimizə görə, cari əməliyyatlar hesabı 2025–2028-ciillərdə orta hesabla ÜDM-in təxminən 3 faizi səviyyəsində qalacaqvə karbohidrogen hasilatının sabitləşməsi, həmçinin investisiyatələbatı ilə paralel idxalın artması fonunda 2028-ci ilə doğrukiçik kəsirə keçəcək. Neftin baza qiyməti üzrə proqnozumuz 2026-cıildə bir barel üçün 60 dollar, 2027–2028-ci illərdə isə bir barelüçün 65 dollar təşkil edir”, – hesabatda bildirilir.
Xəbər yenilənəcək