AZ

"S&P" manatın dollara bağlılığının qorunub saxlanılacağını proqnozlaşdırır

Bakı. Trend:

"S&P Global Ratings" agentliyi Azərbaycanın manatın ABŞdollarına bağlılığını 1 ABŞ dolları üçün 1,7 AZN səviyyəsindəqoruyub saxlayacağını gözləyir.

Bu barədə TrendS&P-yə istinadən xəbər verir. Qeyd olunur ki, bu bağlılıqvalyuta bazarında müntəzəm intervensiyalar və dayanıqlı ehtiyatlarsəviyyəsi ilə dəstəklənir.

“Bununla belə, iqtisadiyyatın karbohidrogen gəlirlərindənasılılığını nəzərə alaraq, neft qiymətlərinin uzun müddət aşağıqalması ehtiyatların qorunması məqsədilə hakimiyyət orqanlarınıməzənnənin nəzarətli şəkildə tənzimlənməsi imkanını nəzərdənkeçirməyə sövq edə bilər. Manatın məzənnə bağlılığı AzərbaycanMərkəzi Bankının (AMB) pul-kredit siyasətinin həyata keçirilməsindəmüstəqilliyini məhdudlaşdırır”, – deyə "S&P"nin son hesabatındaqeyd olunur.

Xəbər yenilənəcək

Məqalədə:
Seçilən
23
az.trend.az

1Mənbələr