AZ

"Hizbullah" silahı təhvil verməlidir - Fərman imzalandı

İsrailə hücumlardan sonra Livan hökuməti "Hizbullah"ın hər hansı bir hərbi fəaliyyətinə dərhal qadağa qoyulması və hərəkatın silahlarını təhvil verməsi tələbi ilə bağlı fərman verib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Livanın Baş naziri Nəvaf Salam kabinet iclasının sonunda hökumətin Livan ərazisindən başlanan hər hansı bir hərbi və ya təhlükəsizlik tədbirinə qarşı olduğunu vurğulayıb.

O əlavə edib ki, Nazirlər Şurası hökumətin hüquqi institutları çərçivəsindən kənarda hər hansı bir hərbi əməliyyatı qəti şəkildə rədd edir.

Baş nazir müharibə və sülhlə bağlı qərarların yalnız hökumətin əlində olduğunu vurğulayıb: "Bunun üçün "Hizbullah"ın fəaliyyətini məhdudlaşdırmaq və silahlarını təhvil verməsini tələb etmək lazımdır".

Ağarza Elçinoğlu 

Seçilən
36
1
unikal.az

6Mənbələr