AZ

AQTA: Bitki sağlamlığına dair qanun layihəsi razılaşdırılma mərhələsindədir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 2 mart, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) dünyanın aparıcı aqrar texnologiya şirkətlərindən biri olan “Syngenta”nın Mərkəzi Asiya və Azərbaycan üzrə nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı bitki mühafizə vasitələrinin dövlət qeydiyyatı prosedurları, analitik standartların təqdim olunması mexanizmləri, qeydiyyat sənədlərinə dair aktual tələblər, xarici tədqiqat nəticələrinin tanınması imkanları, istehsal sahələrinin qeydiyyat şəhadətnamələrində əks etdirilməsi və qeydiyyat müddətləri ilə bağlı məsələlər ətraflı müzakirə olunub.

Tərəflər qüvvədə olan qanunvericiliyin tələbləri, o cümlədən pestisidlərin qeydiyyat müddətinə dair mövcud normalar, eləcə də hazırlanmaqda olan “Bitki sağlamlığı haqqında” yeni qanun layihəsində nəzərdə tutulan təkmilləşdirmələr barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, yeni qanun layihəsi hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Görüş çərçivəsində şirkət nümayəndələri AQTA-nın tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin sınaqlarının aparıldığı laboratoriyası ilə tanış olub, laboratoriyanın texniki imkanları və tətbiq olunan metodologiyalar barədə məlumat əldə ediblər.

Görüş konstruktiv və qarşılıqlı əməkdaşlıq şəraitində keçib, tərəflər gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
azertag.az

1Mənbələr