AZ

Nazirlik: Toplama məntəqələrindən 119 kiloqrama yaxın işlənmiş batareya götürülüb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 2 mart, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində istifadəyə yararsız batareyaların toplanması və təhvil verilməsi prosesi davam edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində könüllülər Dövlət Məşğulluq Agentliyindən, “Araz” supermarketin Əhmədli, Space, Qutqaşınlı-1, “Spar”, 3-cü mikrorayon filiallarından, “Bravo” hipermarketin Əhmədli və 20 Yanvar filiallarından ümumilikdə 118,5 kiloqram işlənmiş batareya toplayaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil veriblər.

Layihə istifadəyə yararsız elektrik batareyalarının ətraf mühitə zərər vermədən toplanması və təhlükəsiz utilizasiyasını təşkil etməklə yanaşı, ictimaiyyət arasında ekoloji məsuliyyətin artırılması və tullantıların düzgün idarəolunması sahəsində maarifləndirmənin gücləndirilməsini hədəfləyir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
azertag.az

2Mənbələr