AZ

Ekspert: Yaşıl enerji zonaları xalis sıfır emissiyaya çatmaq yolunda strateji əhəmiyyətə malik vasitədir

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 2 mart, AZƏRTAC

Azərbaycan hazırda Xəzər-Qara Dəniz-Avropa, Mərkəzi Asiya-Azərbaycan və Azərbaycan-Türkiyə-Avropa layihələrini həyata keçirir. Həmin dəhlizlər Azərbaycanın yalnız enerji ixracında deyil, həm də qlobal dayanıqlı inkişafda öncül mövqeyə sahib olmaq niyyətini əks etdirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qazaxıstanda fəaliyyət göstərən Çin tədqiqatçıları assosiasiyasının sədri, politoloq Kazbek Maygeldinov deyib.

Onun sözlərinə görə, yaşıl enerji zonaları xalis sıfır emissiyaya çatmaq yolunda strateji əhəmiyyətə malik vasitədir.

“Bərpaolunan enerji resursları ilə zəngin ərazilərdə qurulan və yalnız təmiz enerjinin istifadəsinə əsaslanan həmin zonalar, investisiyaların cəlbinə, dayanıqlı iqtisadi artımın təmin olunmasına və yeni iş yerlərinin yaradılmasına əhəmiyyətli töhfə verir. Azərbaycanda enerjinin saxlanması və enerji şəbəkələri üzrə - 2030-cu ilə qədər enerji saxlanc sistemlərinin gücünün 6 dəfə artırılaraq 1500 giqavata çatdırılması nəzərdə tutulub. Qazaxıstan və Azərbaycan Özbəkistanla birlikdə Xəzər dənizindən Avropa İttifaqına təmiz enerjinin ixrac edilməsi üzrə perspektivli layihə üzərində fəal çalışır. Burada Günəş və külək enerjisi, eləcə də yaşıl hidrogen istehsalı nəzərdə tutulub. Hazırda bu məqsədlə ölkələr Xəzər dənizinin dibi ilə sualtı kabelin çəkilməsi və daha sonra Gürcüstan vasitəsilə Qara dənizə çıxışın təmin edilməsi, onu Şərqi Avropanın enerji şəbəkələrinə birləşdirmə imkanlarını müzakirə edirir. Planlara Qazaxıstandan təxminən 7 giqavat və Özbəkistandan 5 giqavata qədər bərpaolunan enerji ixracı daxildir. Məqsəd bu tranzit enerji dəhlizini 2030-cu ilə qədər işə salmaqdır. Məncə, layihə olduqca səmərəli və texniki cəhətdən mümkündür”, - deyə politoloq nəzərə çatdırıb.

Kazbek Maygeldinov vurğulayıb ki, hazırkı tarixi dövrdə bütün inkişaf etmiş ölkələr kimi külək enerjisindən, Xəzər dənizinin nəhəng külək potensialından istifadə etmək düşünülür və bu istiqamətdə böyük addımlar atılır: Potensial Quraşdırılmış Gücdən İstifadə Əmsalı (QGİƏ) 50 faizə çata bilər ki, bu da Xəzər dənizinin külək enerjisini qlobal liderə çevirə bilər. Bundan əlavə, təxmin edilən texniki potensial 30 giqavatdan çox quraşdırılmış güc olaraq qiymətləndirilir, bu da ölkələrimizin mövcud enerji tutumları ilə müqayisə edilə bilər. Şimali Xəzərin nisbətən dayaz suları da külək potensialının inkişaf etdirilməsini perspektivli edir ki, bu da kapital xərclərini əhəmiyyətli dərəcədə azaldır. Yəni az sərmayə qoyuluşu ilə çox enerji istehsal etmək olur. Bu layihələrdə Azərbaycan mühüm rol oynayır. Azərbaycanın əhəmiyyəti ondan ibarətdir ki, onun həm alternativ enerji, həm də tranzit potensialı böyükdür".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
azertag.az

2Mənbələr