AZ

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 2 mart, AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərlik etdiyi “Əmək bazarı” İşçi qrupu onlayn formatda növbəti iclasını keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda İşçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, İşçi qrupunda təmsil olunan hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüşdə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru üzrə 2025-ci ildə ölkəmizdə görülən işlərin nəticələrinə dair təqdimat nümayiş etdirilib.

Əmək qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, işçi qüvvəsinin bacarıqlarının artırılması sahələrində atılan addımlar, əldə olunan nəticələrdən bəhs olunub. Ölkəmizin göstəricilərinin növbəti illərdə daha da yaxşılaşdırılması istiqamətində təkliflər müzakirə edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
8
azertag.az

10Mənbələr