AZ

İki fərqli klubda çalışdı, komandası eyni rəqibə qalib gəldi

style='margin-bottom:10px;'>

"Marsel"in baş məşqçisi Habib Beye Fransa çempionatı tarixində yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, martın 1-də Fransa Liqa 1-in 24-cü turu çərçivəsində "Marsel" və "Lion" klubları üz-üzə gəlib. Habib Beyenin komandası rəqibini məğlub edib (3:2). Roberto De Zerbinin gedişindən sonra "Marsel"i çalışdırmağa başlayan seneqallı mütəxəssis bu qələbə ilə yeni klubunda ilk üç xalını qazanıb.

Matçın qəhrəmanı dubl edən Pyer Emerik Obameyanq olsa da, tarixi uğura imza atan məhz Habib Beye olub. Belə ki, o, Liqa 1 tarixində eyni mövsüm ərzində iki fərqli komandaya rəhbərlik etməsi fonunda "Lion"u məğlubiyyətə uğradan yeganə məşqçi adını qazanıb. Bu nəticə mütəxəssisin "Marsel"dəki karyerasına möhtəşəm başlanğıc kimi qiymətləndirilir.

Xatırladaq ki, Habib Beye bundan öncə Fransa Liqa 1 təmsilçisi olan "Renn" klubunu çalışdırıb.

Seçilən
45
1
teleqraf.com

2Mənbələr