AZ

Zelenski İran ətrafındakı vəziyyət fonunda HHM komplekslərinin tədarükündən danışıb

İran və Yaxın Şərq ətrafında vəziyyət hələlik PURL proqramı çərçivəsində ABŞ-nin Ukraynaya silah tədarüklərinə təsir etmir. Bu, xüsusilə “Patriot” sistemləri üçün çatışmayan PAC-3 raketlərinə aiddir.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı deyib.

Münaqişənin silah alışına mümkün təsiri ilə bağlı suala cavab verən Prezident bildirib ki, bu məsələni az əvvəl tərəfdaşlarla müzakirə edib.

“Bu məsələ bizi narahat edir və müvafiq olaraq tərəfdaşlarımızla daimi təmas qururuq. Elə 10 dəqiqə əvvəl Almaniya Kansleri ilə danışdım və bu mövzunu da müzakirə etdim”, – deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, hələlik ABŞ və Avropa tərəfdaşlarından gecikmə və ya problem barədə heç bir məlumat daxil olmayıb.

“Hamı anlayır ki, bizim üçün bu tərdarük həyati məsələdir. PURL proqramı işləyir. Avropalı tərəfdaşlarımızdan tranşların ayrılması üzərində işləyirəm və hazırda hər şey plan üzrə davam edir”, – deyə Zelenski əlavə edib.

Prezident qeyd edib ki, müharibə uzun sürərsə və döyüşlərin intensivliyi yüksək qalarsa, bu, Ukrayna üçün HHM sistemlərinin sayına təsir göstərə bilər. Lakin hazırda silah tədarükləri ilə bağlı vəziyyət dəyişməz qalıb.

Seçilən
10
2
azerbaijan-news.az

3Mənbələr