AZ

Biz İrana hələ güclü zərbələr endirməyə başlamamışıq - ABŞ prezidenti

Bakı. Trend:

Biz İrana hələ güclü zərbələr endirməyə başlamamışıq. Böyükdalğa hələ baş verməyib. Böyük dalğa tezliklə gələcək.

Trend xəbər verir ki, bubarədə ABŞ prezidenti Donald Tramp İrana hücumla bağlı CNN-əmüsahibəsində deyib.

O bildirib ki, indiyə qədər ən böyük sürpriz İranın bölgədəkiərəb ölkələrinə hücumları olub.

“Biz təəccübləndik. İndi də onlar döyüşmək istəyirlər və onlaraqressiv şəkildə döyüşürlər. Onlar prosesdə çox az iştirakedəcəkdilər və indi aktiv iştirak etməkdə israr edirlər”, - deyəTramp əlavə edib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr