AZ

Türkiyə iqtisadiyyatpı sürətlə inkişaf edən 3 ölkə arasında yer aldı



2025-ci ilin məlumatlarına görə, Türkiyə iqtisadiyyatı 3,6 faiz böyüyərək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ilk 3 ölkəsi arasında yer alıb.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutu (TÜİK) məlumat yayıb. Məlumata görə, sıralamada Türkiyə Polşa ilə üçüncü yeri bölüşür. İrlandiya və Kosta Rika isə siyahı da ilk yerdədir.

Ümumi Daxili Məhsul (ÜDM) məlumatlarının açıqlandığı OECD ölkələri arasında Almaniya və Finlandiya ən aşağı artımı 0,2% ilə qeydə alıb. Türkiyə həmçinin artım tempi 3,6% olan G20 ölkələri arasında 5-ci yerdədir.

Bu ölkələr arasında Hindistan 2025-ci ildə 7,6% ilə ən sürətlə böyüyən iqtisadiyyat olub.

Bunu 5,11% ilə İndoneziya, 5% ilə Çin və 4,5% ilə Səudiyyə Ərəbistanı izləyir.

Anar
Seçilən
15
1
newscenter.az

2Mənbələr