AZ

Rəqəmsallaşma dövründə uşaq tərbiyəsi - çağırışlar və həll yolları

Bakı.Trend:

Prezident İlham Əliyevin imzaladığı “Uşaqların rəqəmsal mühitdəzərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlərhaqqında” Sərəncama əsasən, Azərbaycanda uşaqların sosialşəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyəti tətbiq ediləcək.Həmçinin sərəncamda qeyd edilir ki, Azərbaycanda ümumi təhsilmüəssisələrində mobil və elektron cihazlardan istifadəyə dairqaydalar müəyyən ediləcək.

Sənəddə göstərilir ki, sosial münasibətlərin sürətlərəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatınagetdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsiləinformasiyanın istehsalı, yayılması və istehlakının miqyasınınartması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasirtexnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilinivə təkmilləşdirilməsini zəruri edir.

Mövzu ilə bağlı Trend-ə açıqlamasında İnformasiya Texnologiyalara üzrəmütəxəssis Bəhruz Əliyev bildirib ki, son dövrlərdə bir çoxölkələrdə məktəblərdə mobil telefon istifadəsininməhdudlaşdırılması ilə bağlı qərarlar qəbul olunur.

Onun sözlərinə görə, ölkəmizdə də bu məsələnin qaydalarlatənzimlənəcəyinin əksini tapması qlobal tendensiyanın bir hissəsikimi qiymətləndirilə bilər:

“Böyük Britaniyada məktəblərə mobil telefon istifadəsini qadağanvə ya ciddi məhdudlaşdırmaq tövsiyə olunub. Dərs zamanı diqqətinyayınmasının qarşısını almaq, kiberzorakılığın (cyberbullying)azalması, sosial şəbəkə asılılığının zəiflədilməsi, psixisağlamlığın qorunması, bir çox məktəbdə telefonlar ya ümumiyyətləqadağandır, ya da dərs vaxtı xüsusi qutularda saxlanılır.

Fransada 15 yaşadək şagirdlər üçün məktəbdə mobil telefonistifadəsi qanunla qadağandır. Yalnız tədris məqsədli xüsusi icazəilə istifadə mümkündür.

Finlandiyada isə tam qadağa deyil, nəzarətli və məqsədliistifadə modeli tətbiq olunur. Texnologiya dərs prosesinəinteqrasiya olunur, amma sosial media istifadəsiməhdudlaşdırılır”.

B.Əliyev qeyd edib ki, bəzi araşdırmalara görə, 10-16 yaş arasıuşaqlarda gündə 3-5 saat sosial media istifadəsi diqqətdağınıqlığını artırır. Yuxu rejimi pozulur. Özünəinam və bədənimici ilə bağlı problemlər yaranır. Real sosial münasibətlərzəifləyə bilir. Amma düzgün istifadə olunarsa, nəzarət olarsa,rəqəmsal bacarıqlar inkişaf edir, informasiya əldə etmə sürətlənir,onlayn təhsil imkanları artır.

Mütəxəssisin fikrincə, ölkəmizdə bu istiqamətdə daha balanslıbir üslub ola bilər. Tam qadağa deyil, amma tənzimləməmümkündür:

“Dərs zamanı istifadənin qadağan edilməsi, fasilə vaxtı isənəzarətli istifadə etmək ola bilər. Rəqəmsal etik davranışdərsləri, kiberhigiyena, sosial media savadlılığı, məlumattəhlükəsizliyi kimi məsələlərdə maarifləndirmənin güclənməsinəehtiyac var. Valideyn-məktəb koordinasiyası da əhəmiyyətlidir.Məsələn, evdə ekran vaxtına nəzarət, psixoloji maarifləndirmə çoxəhəmiyyətlidir”.

B.Əliyev əlavə edib ki, əsas məqsəd, uşağın diqqətini qorumaq,psixi sağlamlığı gücləndirmək, rəqəmsal asılılığı azaltmaq,tədrisin keyfiyyətini artırmaqdır.

İnformasiya təhlükəsizliyi üzrə ekspert Fərid Pərdəşünas isəTrend-əaçıqlamasında bildirib ki, qlobalda sosial şəbəkələrə giriş üçünminimum 13 yaş müəyyən olunub, lakin bu nəzarət olunmayan birmexanizmdir.

Onun sözlərinə görə, 13 yaşından kiçik uşaqlar asanlıqla hesabyaradaraq sosial şəbəkələri aldada bilirlər. Bu isə beynəlxalqsəviyyədə narazılıqların yaranmasına səbəb olub:

“Ən böyük etirazlar ötən il Avstraliyada başlanıb. Orada 16yaşına çatmayan uşaqların sosial mediadan istifadəsi tamamiləqadağan edilib. Avstraliya sosial şəbəkələrdən tələb edib ki, 16yaşadək bütün hesablar silinsin və qeydiyyat dayandırılsın. Eyniqayda artıq Fransada da qanunvericilik səviyyəsində tətbiq edilməyəbaşlayıb. Orada yaş məhdudiyyəti 15 yaşa endirilib. Eyni halİspaniya və Portuqaliyada da qanunvericilik mərhələsindədir”.

Mütəxəssis vurğulayıb ki, hazırda azyaşlı və yeniyetmələrinsosial şəbəkələrdən istifadəsinə bir çox dövlətlər birbaşa nəzarətedirlər:

“Bəzi dövlətlər sosial platformalardan tələb edirlər ki,qeydiyyat prosesini şəxsiyyət vəsiqələri və süni intellektproqramları ilə həyata keçirsinlər. Bu yeni qaydalar olduğu üçüntənzimləmə mexanizmləri hələ tədricən formalaşır”.

Öz növbəsində informasiya məsələləri üzrə ekspert ƏmrahMövsümzadə Trend-ə bildirib ki,məktəblərdə mobil telefon və elektron cihazlardan istifadəyə dairməsələlərin müəyyənləşdirilməsi çox aktual və vaxtında atılanaddımdır:

"Müasir dövrdə rəqəmsal texnologiyalar həyatımızın ayrılmazhissəsinə çevrilsə də, xüsusilə məktəb mühitində onların nəzarətsizistifadəsi bir sıra risklər yaradır. Sosial şəbəkələr və oyunlarınnəzarətsiz istifadəsi diqqət dağınıqlığı, asılılıq, kiberbullinq,şəxsi məlumatların ifşası və psixoloji gərginlik kimi problemlərəsəbəb olur. Dünyanın bir çox inkişaf etmiş ölkəsi hazırda buistiqamətdə ciddi addımlar atır.

Məsələn, Böyük Britaniyada dərs vaxtı şagirdlərin mobilvasitələrdən istifadəsinə ciddi nəzarət edilir. Oxşar yanaşmalarFransa və İtaliya kimi ölkələrdə də tətbiq olunur. Bu qərarlarınəsas səbəbi diqqət dağınıqlığını aradan qaldıraraq akademikgöstəriciləri yüksəltməkdir.

Problem cihazın özü deyil, onun nəzarətsiz və məqsədsizistifadəsidir. Düzgün tənzimləmə təhsilin keyfiyyətini artıracaq vəgələcək nəsli kibertəhlükələrdən qorumağa kömək edəcək".

Məqalədə:
Seçilən
9
4
az.trend.az

5Mənbələr