AZ

Dubay aeroportları məhdud şəkildə açılır

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dubay aeroportları 2 mart axşam saatlarından etibarən əməliyyatlarını bərpa edəcək, lakin ilkin mərhələdə yalnız məhdud sayda reyslər həyata keçiriləcək.

Modern.az xəbər verir ki, məlumat hava limanlarının operatoru Dubay aeroportu saytına istinadən verilib.

Operator açıqlayıb ki, Dubay Beynəlxalq Hava Limanı (DXB) və Əl-Maktum Beynəlxalq Hava Limanından (DWC) yalnız az sayda reys icra ediləcək.

Sərnişinlərə tövsiyə olunub ki, əgər aviaşirkət uçuşun baş tutacağını birbaşa təsdiqləməyibsə, hava limanlarına gəlməsinlər.

Qeyd olunur ki, Dubayın hava limanları regiondakı təhlükəsizlik riskləri, xüsusilə İsrail, ABŞ və İran arasındakı hərbi-siyasi gərginlik səbəbindən əvvəl müvəqqəti bağlanmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
modern.az

1Mənbələr