AZ

Qətər Müdafiə Nazirliyi: İran istiqamətindən gələn iki SU-24 vurulub...

Qətərin hava hücumundan müdafiə qüvvələri yeddi ballistik raketi və beş pilotsuz uçuş aparatını zərərsizləşdirib...

Poliqon xəbər verir, Qətər Müdafiə Nazirliyinin açıqlamasına əsasən, Qətər Əmirliyinin Hərbi Hava Qüvvələri İran istiqamətindən ölkə hava məkanına doğru hərəkət edən iki SU-24 tipli hərbi təyyarəni uğurla məhv edib.

Rəsmi açıqlamaya əsasən, insident zamanı hava hücumundan müdafiə sistemləri vasitəsilə yeddi ballistik raket də məhv edilib. Bundan əlavə, Qətər Əmirliyinin Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin koordinasiyalı fəaliyyəti nəticəsində beş pilotsuz uçuş aparatı ələ keçirilərək zərərsizləşdirilib.

Nazirliyin məlumatında bildirilir ki, sözügedən hava vasitələrinin hədəfi ölkə ərazisində bir neçə məntəqə olub. Hücumların qarşısının vaxtında alınması nəticəsində ciddi dağıntı və insan itkisi qeydə alınmayıb. Təhlükəsizlik qüvvələri hazırda vəziyyəti tam nəzarətdə saxlayır.

Rəsmi Doha baş verənləri ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşı açıq təhdid kimi qiymətləndirib. Qətər tərəfi beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə hüququndan istifadə etdiyini vurğulayıb.

Hadisə regionda onsuz da yüksək olan gərginliyi daha da artırıb. Analitiklər bildirirlər ki, İran istiqamətindən belə bir hücumun baş verməsi Yaxın Şərqdə hərbi qarşıdurmanın genişlənməsi riskini yüksəldir və regional təhlükəsizlik balansına ciddi təsir göstərə bilər.

Məsələ ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr