ABŞ prezidenti Donald Tramp İrana qarşı əməliyyatla bağlı ABŞ-da keçirilən ictimai rəy sorğularının onu narahat etmədiyini bildirib.
KONKRET.az xəbər verir ki, Tramp bu barədə New York Post nəşrinə müsahibəsində danışıb. O qeyd edib ki, sorğular onun üçün önəmli deyil:
“Mənə sorğular maraqlı deyil. Mən düzgün olanı etməliyəm… Bu addım çoxdan atılmalı idi… Mən düşünmürəm ki, sorğular aşağıdır. Aşağı olub-olmamasından asılı olmayaraq, hesab edirəm ki, yəqin ki, normal səviyyədədir. Amma məsələ sorğularda deyil. Dəlilər tərəfindən idarə olunan bir ölkənin nüvə silahına malik olmasına icazə vermək olmaz”, – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, Reuters agentliyi üçün Ipsos şirkəti tərəfindən keçirilən sorğuya əsasən, amerikalıların 30 faizindən azı İrana endirilən zərbələri dəstəkləyir.
Natiq Səlim
KONKRET.az