AZ

SEPAH Fars körfəzində ABŞ hərbi obyektlərinə qarşı yeni hücum dalğası elan etdi

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzibölgəsindəki ABŞ hərbi obyektlərinə və aktivlərinə qarşı yeni hücumdalğası elan etdiyini bildirib.

Trend xəbər verirki, bu barədə SEPAH rəsmi bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, “Əsl Vəd 4” əməliyyatının on ikincidalğası çərçivəsində 26 hücum dronu və beş ballistik raketdənistifadə edilib. İddialara görə, zərbələr Küveyt, Birləşmiş ƏrəbƏmirlikləri, Bəhreyn və Hörmüz boğazında yerləşən ABŞ-ın sabit vəmobil hərbi hədəflərinə yönəlib.

SEPAH iddia edir ki, Küveytdə yerləşən Arifcan hava bazasına 12dronla iki mərhələdə hücum həyata keçirilib.

Həmçinin bildirilib ki, BƏƏ-də yerləşən Əl-Minhad havabazasındakı ABŞ komandanlıq mərkəzi altı dron və beş ballistikraketlə vurulub.

Bəyanata əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəkiobyektlərinə də altı dron hücum edib.

İİKK əlavə edib ki, “Athens Nova” adlı tanker iki drontərəfindən vurulub və Hörmüz boğazında yanmaqda davam edir.

Qeyd edək ki, bu məlumatlar ABŞ, Körfəz ölkələri və ya digərbeynəlxalq mənbələr tərəfindən hələlik müstəqil şəkildətəsdiqlənməyib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Seçilən
11
1
az.trend.az

2Mənbələr