Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ətrafındakı bölgədədavam edən münaqişəyə son qoymaq üçün müdaxilənin zəruri olduğunu,əks halda bunun bütün region və qlobal təhlükəsizlik üçün ciddirisklər yaradacağını bildirib.
Trend xəbər verirki, bu fikirləri Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanısəsləndirib.
O qeyd edib ki, “Lazımi müdaxilə edilməzsə, bu münaqişə regionalvə qlobal təhlükəsizlik üçün ciddi nəticələrə səbəb olacaq.Nəticədə yaranacaq iqtisadi və geosiyasi qeyri-müəyyənliyə heç kimdözə bilməz. Buna görə də, yanğın daha da yayılmadan əvvəlsöndürülməlidir”.
Türkiyə prezidenti vurğulayıb ki, türklər əsrlər boyu İran xalqıilə yan-yana sülh şəraitində yaşayıblar və gələcəkdə də bumünasibətlər davam edəcək. Onun sözlərinə görə, Ankaranınprioriteti atəşkəsə nail olmaq və dialoq üçün qapı açmaqdır.
Eyni zamanda dövlət başçısı bildirib ki, bu həssas prosesdəaidiyyəti qurumlar Türkiyənin və ölkə vətəndaşlarınıntəhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirlərigörür.