AZ

Ərdoğandan kritik xəbərdarlıq: “Bu alov dünyanı yandıra bilər”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrailin İranla müharibəsi fonunda sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, dövlət başçısı münaqişəyə vaxtında müdaxilə olunmasa, bunun həm regional, həm də qlobal təhlükəsizlik üçün ağır nəticələr doğuracağını bildirib.

Ərdoğan vurğulayıb ki, davam edən qarşıdurma iqtisadi və geosiyasi qeyri-müəyyənliyi daha da dərinləşdirir və belə bir prosesə heç bir ölkə uzun müddət tab gətirə bilməz. Onun sözlərinə görə, böhran nəzarətdən çıxarsa, təsirləri bütün dünyaya yayılacaq.

Türkiyə lideri çağırış edərək qeyd edib ki, alov daha da güclənmədən söndürülməli, münaqişənin genişlənməsinin qarşısı təcili şəkildə alınmalıdır.

 

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr