AZ

Sabah Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası keçiriləcək

Bakı. Trend:

Martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasıçərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji MəşvərətŞurası çərçivəsində nazirlərin 4-cü iclası keçiriləcək.

Trend xəbər verirki, toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkə,11 beynəlxalq maliyyə institutu və təşkilat, eləcə də 49 enerjişirkəti qatılacaq. Tədbirdə nazirlər, nazir müavinləri və digəryüksək səviyyəli nümayəndələr iştirak edəcək.

Toplantı açılış sessiyasından sonra Nazirlər sessiyası, “CənubQaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeniinkişaf mərhələsi” və “Yaşıl Enerji Layihələri” üzrə plenarsessiyalarla davam edəcək.

Məşvərət Şurası çərçivəsində Azərbaycan-Avropa İttifaqı YaşılBağlantı üzrə İnvestisiya Dəyirmi Masası keçiriləcək.
Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsindənazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsindənazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransıkeçiriləcək.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsindənazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarənkeçirilir

Seçilən
11
10
az.trend.az

10Mənbələr