Ukrayna və Rusiya arasında növbəti danışıqlar İstanbulda baş tuta bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilir ki, BƏƏ-nin hava məkanı raket və pilotsuz təyyarə hücumları riski səbəbindən bağlıdır və bu da Əbu-Dabidəki danışıqların (5-6 mart tarixlərinə planlaşdırılırdı) baş tutmamasını ehtimal edir. Türkiyə alternativ məkan kimi nəzərdən keçirilir.
Bu, Ukrayna, Rusiya və ABŞ arasında danışıqların dördüncü raundu olacaq. Agentliyin mənbələri bildirib ki, Rusiya bu görüşü sülh razılaşmasına nail olmaq üçün potensial olaraq həlledici hesab edir. İddialara görə, ruslar amerikalılara Ukraynanın ərazi güzəştləri olmadan əlavə danışıqların mənasız olacağını bildiriblər, çünki bütün digər məsələlər demək olar ki, tam razılaşdırılıb.