Bakı. Trend:
Cənubi Afrika Respublikası-nın Yohannesburq şəhərinin ətrafındayerləşən ərazidə tikilməkdə olan binanın çökməsi nəticəsində altınəfər həlak olub.
Trend xəbər verirki, bu barədə "EWN" radiostansiyası məlumat yayıb.
Məlumata görə, tikinti sahəsində çalışan altı nəfər həyatınıitirib. Xilasedicilər dağıntılar altından bir işçini çıxarabilsələr də, daha üç nəfər hələ də itkin düşmüş hesab olunur.Onların axtarışı davam edir.
İlkin məlumatlara əsasən, çökmüş binanın altında 15 nəfər qalmışola bilər. Şahid bildirib ki, hadisə beton plitə quraşdırılarkən,ikinci mərtəbənin tavanı çökdükdən sonra baş verib.
Qeyd olunur ki, bina Ormond ərazisində tikilməkdə olan zavodunemalatxanalarından biridir.