AZ

Dubay aeroportları fəaliyyətlərini qismən bərpa edir

Dubay aeroportları martın 2-si axşam saatlarından etibarən işini bərpa edəcək. Lakin ilkin mərhələdə hava limanları məhdud sayda reysə xidmət göstərəcəklər.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə hava limanlarının operatoru "DubaiAirports"un saytında bildirilib.

"DubaiAirports" təsdiq edir ki, bu gün - 2 mart tarixindən etibarən əməliyyatların məhdud şəkildə bərpasına start veriləcək. Dubay Beynəlxalq Hava Limanı (DXB) və Əl-Maktum Beynəlxalq Hava Limanından (DWC) az sayda reysin yerinə yetirilməsinə icazə verilib", - deyə operatorun bəyanatında bildirilir.

Buna baxmayaraq, operator sərnişinlərə mühüm xəbərdarlıq edib. Bildirilib ki, əgər aviaşirkət uçuşun baş tutacağını birbaşa təsdiqləməyibsə, sərnişinlərin hava limanlarına gəlməmələri tövsiyə olunur.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhəri olan Dubayın hava limanları İsrail, ABŞ və İran arasındakı hərbi-siyasi münaqişənin kəskinləşməsi və regionda yaranan təhlükəsizlik riskləri səbəbindən fəaliyyətini müvəqqəti dayandırmışdı.

Seçilən
8
far.az

1Mənbələr