Astana, 2 mart, AZƏRTAC
“Air Astana” şirkəti Səudiyyə Ərəbistanı və Misirin aviasiya orqanlarından icazə aldığı təqdirdə 3 martda Qərbi Qazaxıstandan Mədinəyə 2 və Ciddəyə 2 repatriasiya reysi yerinə yetirməyi planlaşdırır.
AZƏRTAC-ın Air Astana-ya istinadən verdiyi məlumata görə, şirkətlər qrupu Yaxın Şərq ölkələrinə müntəzəm reyslərin icrasını 6 marta qədər (daxil olmaqla) dayandırır, biletlərin satışını isə 13 marta qədər (daxil olmaqla) ləğv edir.
Aviaşirkətdən bildirilib ki, vəziyyətin inkişafı diqqətlə izlənilir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana