Astana, 2 mart, AZƏRTAC
Azərbaycan Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin kəskinləşməsi fonunda Qazaxıstan vətəndaşlarının İrandan evakuasiyasına köməklik göstərməyə hazır olduğunu bildirib.
AZƏRTAC-ın Qazaxıstan XİN-ə istinadən verdiyi məlumata görə, iki vətəndaşın müraciəti əsasında Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən İrandan Culfa (Naxçıvan) sərhəd-keçid məntəqəsi vasitəsilə giriş üçün operativ qaydada icazə alınıb.
Hazırda İranda Qazaxıstanın 82 vətəndaşı var. Onların arasından zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana