Bakı. Trend:
Danimarka Fransanın nüvə silahlarından çəkindirmə sahəsindəəməkdaşlığa qoşulmaq dəvətini qəbul edib.
Trend xəbər verirki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen açıqlamaverib.
O bildirib: “NATO-nun nüvə silahlarından çəkindirməqabiliyyətinə malik üç ölkəsi var: ABŞ, Böyük Britaniya və Fransa.Fransa Prezidenti Emmanuel Macron Danimarkanı və bir neçə digərölkəni bu sahədə daha sıx əməkdaşlığa dəvət edib. Bu, Avropanınçəkindirmə potensialını gücləndirmək üçün edilir və təəssüf ki, bu,zəruridir. Buna görə də Danimarka bu əməkdaşlığa qatılmağa razılıqverib”.
Müdafiə naziri Troels Lund Poulsen izah edib ki, Fransa iləəməkdaşlıq Danimarkanın Fransanın nüvə silahlarını yerləşdirəcəyianlamına gəlmir.