AZ

Paralimpiadada Ukrayna xəritəli forma qadağan edildi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) ukraynalı idmançıların Paralimpiadada üzərində Ukraynanın xəritəsi olan forma ilə çıxışını qadağan edib.

"Unikal" xəbər verir ki, bu barədə sport.ua məlumat yayıb.

Ukrayna Milli Paralimpiya Komitəsinin prezidenti Valeri Suşkeviçin sözlərinə görə, Beynəlxalq Paralimpiya Komitəsi formanı siyasi xarakterli hesab edərək ona icazə verməyib.

Qeyd edək ki, 2026-cı il Qış Paralimpiya Oyunları 6–15 mart tarixlərində Milan və Kortina-d’Ampezzo şəhərlərində keçiriləcək.

Seçilən
13
unikal.az

1Mənbələr