Bakı. Trend:
Mançester Yunayted-in yarımmüdafiəçisi Kazemiro klub rəhbərliyiilə əvəzedici mövzusunda müzakirələr aparıb.
Trend-inməlumatına görə, 34 yaşlı futbolçu 28 yaşlı Bruno Gimaraeş-itövsiyə edib. Kazemiro həmyerlisinin Mançesterdə əhəmiyyətli roloynaya biləcək bütün keyfiyyətlərə malik olduğuna inanır.
Klubla yeni müqavilə bağlamadığı üçün Kazemiro bu yay MançesterYunayted-dən azad agent kimi ayrılacaq. Gimaraeşin isə Nyukasl ilə2028-ci ilə qədər müqaviləsi mövcuddur. Transfermarkt onun transferdəyərini 75 milyon avro olaraq qiymətləndirir.
Bu mövsüm Gimaraeş Nyukasl-da 35 oyunda iştirak edib, doqquz qolvurub və yeddi məhsuldar ötürmə edib.