Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Kürdüstan muxtar bölgəsinin paytaxtı Ərbil, eskalasiyanın başlanğıcından bəri 70-dən çox raket və silahlı dron hücuma məruz qalıb.
Axar.az xəbər verir ki, bu məlumatı İraqın xarici işlər naziri Fuad Hüseyn BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə telefon danışığı zamanı qeyd edib.
Hüseyn hazırkı münaqişədə Bağdadın çətin vəziyyətdə olduğunu qeyd edib və bildirib ki, İraq regional münaqişədə iştirak edən müxtəlif tərəflərin hücumuna məruz qalır.
Onun sözlərinə görə, Kürdüstandan əlavə, ölkənin cənub və qərbindəki hədəflərə də zərbələr endirilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.