AZ

“Yuventus” kapitanla bağlı QƏRAR VERDİ

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

"Yuventus" kapitanı Manuel Lokatellini uzun illər komandada saxlamağı planlaşdırır.Bizim.Media xəbər verir ki, A Seriyası nəhəngi italiyalı yarımmüdafiəçinin müqaviləsinin müddətini uzadacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.

 

Artıq Lokatelli ilə razılıq əldə olunub. 28 yaşlı futbolunun 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşməsi daha 2 il artırılacaq. Təcrübəli dayaq yarımmüdafiəçisinin illik maaşı 4 milyon avro təşkil edəcək.

Qeyd edək ki, "Yuventus" Manuel Lokatellini 2021-ci ilin yayında "Sassuolo"dan transfer edib.İtaliya millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.Rəşad Rafiqoğlu, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
2
bizim.media

3Mənbələr