AZ

Divandakı pis qoxudan qurtulmağın ən ucuz yolu

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Divandan gələn pis qoxu çox vaxt ev heyvanlarının tükləri, tökülən yemək qalıqları, rütubət və otağın az havalandırılması səbəbindən yaranır. Bahalı təmizləyici vasitələr almadan da bu problemi aradan qaldırmaq mümkündür. Əsas məsələ əvvəlcə qoxunun səbəbini tapıb onu təmizləməkdir.Demokrat.az xəbər verir ki, əgər divanın üzlüyü çıxırsa, onu təlimata uyğun şəkildə yumaq yaxşı nəticə verir. Çıxmayan hissələr isə mütləq tozsoranla yaxşıca təmizlənməlidir. Xüsusilə minder araları və divanın alt hissəsində toplanan toz təmizlənməsə, qoxu qalıcı olur.Ən sadə və təsirli üsullardan biri sodadır. Divanın üzərinə nazik qatla soda səpin və ən azı 20 dəqiqə saxlayın. Soda qoxunu gizlətmir, onu özünə çəkir. Sonra səthi güclü tozsoranla təmizləyin. Digər üsul isə sirkədir. Ağ sirkəni su ilə qarışdırıb divanın üzərinə yüngülcə püskürtmək olar. Quruduqca pis qoxu yox olur. Sirkənin öz qoxusu isə tezliklə itir və yerində təmiz hava qalır.Qoxu çox dərinə hopubsa, buxar təmizləyici istifadə etmək daha effektlidir. Buxar həm bakteriyaları azaldır, həm də parçanın alt qatına qədər təsir edir.Dəri divanlara isə fərqli yanaşmaq lazımdır. Onları az miqdarda sabunlu su ilə silmək və sonra dəri üçün nəzərdə tutulan qulluq vasitəsi çəkmək məsləhətdir. Bu, dərinin quruyub çatlamasının da qarşısını alır.Divanın həmişə təmiz və təravətli qalması üçün həftədə ən azı bir dəfə tozsoranla təmizləmək və otağı tez-tez havalandırmaq kifayətdir. Günəş işığı da rütubəti azaldır və mikrobları məhv edir.Aytən

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
demokrat.az

1Mənbələr