AZ

Mbappe sürücülük vəsiqəsi aldı, ilk dəfə sükan arxasına keçdi

Kilian Mbappe rəsmi olaraq sürücülük vəsiqəsini alıb və martın 2-də ilk dəfə sükan arxasında görünüb.

İllərdir müdafiəçilərdən saatda 35 km-dən çox sürətlə qaçan bir üçün bu, demək olar ki, tarixi bir andır.

Publika.az xəbər verir ki, “Marca”nın məlumatına görə, fransızın təlimi sürücülük məktəbini həyəcan mərkəzinə çevirib: özünü “Atletiko” azarkeşi adlandıran təlimatçı Kilianın inanılmaz dərəcədə sakit və ünsiyyətcil olduğunu qeyd edib.

Mbappe əvvəllər “Real” ilə tərəfdaşlığının bir hissəsi olaraq fərdiləşdirilmiş BMW almışdı və indi nəhayət ki, rəsmi olaraq onu idarə edir.

Seçilən
23
publika.az

1Mənbələr