AZ

Serbiya XİN-də yaradılan böhran qərargahında Yaxın Şərqdəki risklər təhlil edilib

Yaxın Şərqdə hərbi əməliyyatların artması ilə əlaqədar Serbiya Xarici İşlər Nazirliyində (XİN) böhran qərargahının iclası keçirilib.

"Report"un Balkan bürosu xəbər verir ki, dövlət katibi Damyan Yoviçin rəhbərlik etdiyi və XİN başçısı tərəfindən yaradılmış böhran qərargahı səlahiyyətli qurumların fəaliyyətinin əlaqələndirilməsi və Serbiya vətəndaşlarının təhlükəsizliyinin təmin olunması məqsədilə toplanıb.

İclas zamanı ərazidəki mövcud vəziyyət, o cümlədən təhlükəsizlik riskləri, hava nəqliyyatının fəaliyyəti və mümkün evakuasiya imkanları ətraflı təhlil edilib.

Serbiya XİN-in vaxtında məlumat mübadiləsi və fəaliyyətlərin koordinasiyasını təmin etmək məqsədilə diplomatik-konsulluq şəbəkəsi, digər dövlətlərin səlahiyyətli orqanları və müvafiq beynəlxalq tərəfdaşlarla daimi əlaqə saxladığı vurğulanıb.

Xüsusi diqqət zərərə məruz qalmış ərazilərdə olan Serbiya vətəndaşları ilə birbaşa kommunikasiyaya yönəldilib.

Xatırladaq ki, Serbiyanın İrandakı diplomatları Azərbaycan vasitəsilə bu ölkədən təxliyə edilib.

Seçilən
18
far.az

1Mənbələr