Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ-ın Pakistanın Peşəvər şəhərindəki Baş Konsulluğu ölkəni bürüyən etirazlar fonunda fəaliyyətini dayandırıb.
APA xəbər verir ki, bu barədə ABŞ-ın İslamabaddakı səfirliyi məlumat yayıb.
Səfirliyin internet saytında yerləşdirilən açıqlamaya görə, ABŞ-ın Karaçi və Lahordakı Baş Konsulluqları da 3 mart tarixinə planlaşdırılan bütün viza və digər iş görüşlərini ləğv edib.
Məlumata görə, ABŞ-ın İslamabaddakı səfirliyinin konsulluq şöbəsi çərşənbə axşamı yenidən fəaliyyətini bərpa edəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.