AZ

Pensiyaçının 5 il ərzində 320 ədəd qadın alt paltarı oğurladığı üzə çıxdı

Sinqapurda yaşlı kişi qadın alt paltarları oğurlamaqda ittiham olunub.

Publika.az xəbər verir ki, yerli "Lianhe Zaobao" qəzetinin məlumatına görə, Sinqapurda bir kişi sərxoş vəziyyətdə qadın alt paltarı oğurlayıb.

27 fevral günü 61 yaşlı Dennis Kvek 5 il ərzində 320 ədəd qadın alt paltarı oğurladığını etiraf edib. O, 21 may 2025-ci ildə cinayət başında yaxalanıb. Həmin gün səhər saat 4:20 radələrində bir binanın sakini girişdə addım səsləri eşidib və qara geyimli, maska ​​​​taxmış şəxsi görüb. Kişi görüldüyünü anlayıb qaçmağa başlayıb, lakin şahid onu tutub polisə zəng edib. Kvekin çantasında və şalvarının ciblərində bir neçə büstqalter və qadın alt paltarı tapılıb.

Hüquq-mühafizə orqanları daha sonra Kvekin evində axtarış aparıb və içərisində 310 ədəd alt paltarı olan daha yeddi çanta aşkar edib. Kvek oğurluqları etiraf edib.

Məhkəmədə o, üzr istəyib və həbs olunduqdan sonra içkini tərgitdiyini və 278 gün spirtli içkiyə toxunmadığını bildirib. Bildirilir ki, o, spirtli içki qəbul etdikdən sonra alt paltarını oğurlamaq üçün qarşısıalınmaz bir istək yaşayır.

Seçilən
37
publika.az

1Mənbələr