AZ

Neftin bahalaşması müvəqqətidir Natiq Cəfərli

Sitat.info saytından alınan məlumata görə, ain.az bildirir.

"Dünyada, elə bizdə də bəziləri neft qiymətlərinin artmasına sevinir, bəziləri, əksinə, bu xəbərlərdən narahat olur. Amma, iqtisadiyyat, o cümlədən neft qiymətlərin sevinc-kədər kimi emosiyalarla formalaşmır, fundamental səbəblər, trendlər, orta-uzun müddətə olan proqnozlarla izah olunur. Dünyada neft bolluğu var, dünən OPEC+ aprel ayından yenə hasilatı artırmaqla bağlı qərar verdi, yəni, fundamental səbəblər qiymətin enəcəyi yönündədədir".

Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki,  geosiyasi gərginliklər, neft hasilatı və daşınması ilə bağlı bölgədə hərbi əməliyyatlar psixoloji olaraq qiymətləri artırır: "Amma, səhər saatlarında 80 dolları keçən qiymət, indi 78 dollara geri döndü – bazar, birja qısa müddətli emosional davransa da, qalıcı trendləri formalaşdırmaq üçün təməl məsələlərə önəm verir. İranla anlaşma olacaq, İran da, Venesuela kimi neft bazarına geri dönəcək, ona görə də, emosiyalar yatanda, anlaşmalar baş verəndə qiymətlərdə enmə müşahidə olunacaq. Bu ilin yayına qiymətlər, çox güman, 55-60 dollar koridoruna yerləşəcək". 

Tehran,

Sitat.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
2
sitat.info

3Mənbələr