AZ

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayır

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası 2027-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində mübarizəyə bu gün start verəcək.

"Unikal" xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığma ilk oyununu Bakıda Şimali Makedoniya kollektivinə qarşı keçirəcək.

“Dalğa Arena”da təşkil olunacaq görüş saat 15:00-da start götürəcək. Matçı Polşadan olan hakimlər briqadası idarə edəcək.

Seçilən
16
1
unikal.az

5Mənbələr