
İran Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları ABŞ-ın İraqın Ərbil şəhərində yerləşən hərbi bazasına zərbə endirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Livanın Al-Mayadeen telekanalı məlumat yayıb.
“Ərbildə yerləşən ABŞ hərbi bazasına yeni pilotsuz aparat hücumu”, – deyə telekanalın məlumatında bildirilir.
Bir gün əvvəl İranın Yaxın Şərqdəki ABŞ hərbi bazalarına raket və dronlarla yeni hücum dalğasına başladığı xəbər verilmişdi. Zərbələr Doha, Küveyt, Dubay, Bəhreyn və Əbu-Dabidə yerləşən bazalara endirilib.
Məryəm Quliyeva