ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı və nasir Fərman Kərimzadənin doğum günüdür. Onun anadan olmasından 89 il keçir.
Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində dünyaya gəlib. İbtidai təhsilini doğulduğu kənddə alıb, orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində başa vurub. Daha sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb.
Əmək fəaliyyətinə müəllim kimi başlayan yazıçı İsmayıllı və Beyləqan rayonlarında orta məktəbdə dərs deyib. "Yüksəliş" rayon qəzetində ədəbi işçi, şöbə müdiri və məsul katib vəzifələrində çalışıb.
O, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsində təhsil alıb. Müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, "Abşeron" və "Ədəbiyyat və incəsənət" qəzetlərində, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsul vəzifələrdə işləyib. Şüvəlan yaradıcılıq evinə də rəhbərlik edib.
Fərman Kərimzadə "Sonuncu eksponat", "Ömrümüz-günümüz", "Heykəl dilə gəlir", "Çaldıran döyüşü", "Xudafərin körpüsü", "Təbriz namusu", "Qarlı aşırım", "Qoca qartalın ölümü" kimi əsərlərin müəllifidir. "Qarlı aşırım" əsəri əsasında "Axırıncı aşırım" bədii filmi çəkilib.
Yazıçı 1989-cu il martın 17-də vəfat edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.