İranda yeni Ali Rəhbərin seçilməsi çox vaxt aparmayacaq.
APA xəbər verir ki, bu barədə İranın Ekspertlər Məclisinin üzvü Əli Moəllemi İSNA-ya bildirib.
O qeyd edib ki, Rəhbərlik üzrə Ekspertlər Məclisinin üzvləri yeni Ali Rəhbərin seçilməsində ayrı-seçkiliyə yol verməyəcəklərinə and içiblər.
Əli Moəlleminin sözlərinə görə, belə ki, yeni Ali Rəhbərin seçilməsində ayrı-ayrı siyasi, partiya cərəyanları rol oynamayacaq, üzvlər rəhbərin dini meyarlar əsasında və onların öz qənaətlərinə uyğun şəkildə seçiminə səs verəcəklər.
Narahatlığa əsas olmadığını diqqətə çatdıran Əli Moəllemi Ekspertlər Məclisi “Seyid Əli Xameneiyə bənzər bir şəxsiyyəti seçəcəklərini” bəyan edib.