AZ

"Bitcoin"in qiyməti 68 min dollara yaxınlaşıb

Qlobal kriptobirjada sutkalıq ticarətdə qarışıq dinamika müşahidə olunub.

“APA-Economics” CoinMarketCap-ə istinadən xəbər verir ki, “Bitcoin”in (BTC) qiyməti 24 saatda 2,57% artaraq 67 945,35 ABŞ dollarına yüksəlib. BTC-nin bazar kapitallaşması 1,35 trln. dollar təşkil edib.

“Ethereum”un (ETH) qiyməti 2,07% artaraq 1 993,25 dollara çatıb. Son 7 gündə ETH-nin qiyməti 9,16% yüksəlib.

Qızıl təminatlı tokenlərdə də azalma müşahidə olunub. “PAX Gold”un (PAXG) qiyməti 1,84% azalaraq 5 318,22 dollar, “Tether Gold”un (XAUt) qiyməti isə 1,38% azalaraq 5 271,43 dollar olub.

Ümumilikdə qlobal kripto bazarının kapitallaşması 2,33 trln. dollar səviyyəsində qərarlaşıb.

Analitiklər bazardakı son durumu investorların risk iştahının artması, fond bazarlarında nisbi sabitlik və böyük altkoinlərdə texniki alışların güclənməsi ilə izah edirlər. Eyni zamanda, bəzi aktivlərdə qısamüddətli mənfəət realizasiyası qiymətlərin azalmasına səbəb olub.

"Cebheinfo.az"

Seçilən
61
40
cebheinfo.az

10Mənbələr