AZ

Bakıda avtomobil velosipedçini vuraraq öldürüb - YENİLƏNİB

Ötən gün gecə saat 2 radələrində paytaxtın Şərifzadə küçəsində Elnur Ağayevin idarə etdiyi “BYD” markalı avtomobillə velosipedçi vurulub.

APA xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Qeyd olunub ki, nəticədə 51 yaşlı velosipedçi Natiq Vahabov hadisə yerində həyatını itirib.

"Təhlükəsizlik kameraları vasitəsilə qeydə alınan görüntüdə velosipedçinin çoxzolaqlı yolu nəzərdə tutulmayan yerdən və işıqforun qadağanedici siqnalında qarşı tərəfə keçmək istəməsi, yolayrıcına daxil olan avtomobilin isə kifayət qədər sürətli hərəkət etməsi aydın müşahidə olunur. Təbii ki, hadisəyə müvafiq araşdırmadan sonra hüquqi qiymət veriləcək. Lakin, təəssüf doğural hal odur ki, yollarımızda oxşar mənzərəyə tez-tez rast gəlmək mümkündür. Halbuki, iki və daha çox zolağı olan yolda sola dönmək və ya yolu keçmək istəyən sürücü velosipeddən düşməli və velosipedi əli ilə hərəkətə gətirərək yolu qanunla nəzərdə tutulmuş yerdən qarşı tərəfə keçməlidir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha velosipedçiləri, eləcə də ikitəkərli nəqliyyat vasitəsi idarə edən hər bir sürücünü təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır!"

***

09.14

Bakıda maşın velosipedçini vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Elnur Ağayev “BYD” markalı avtomobil ilə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Natiq Vahabovu vurub.

Natiq Vahabov hadisə yerində ölüb.

Fakt bağlı cinayət işi başlanılıb.

Seçilən
3
9
apa.az

10Mənbələr