AZ

Görmə qabiliyyəti məhdud şəxslər üçün sənədləri səsli imzalama mexanizmi təklif edildi

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Milli Məclisdə 2025-ci il üzrə məruzəsində görmə qabiliyyəti məhdud olan şəxslərlə bağlı təklif irəli sürülüb.

Oxu.Az xəbər verir ki, görmə qabiliyyəti məhdud olan şəxslərin imzasının hüquqi cəhətdən tanınması və imzalanma zamanı üçüncü şəxsin iştirakı tələbinin aradan qaldırılması məqsədilə bu şəxslərin "ASAN imza" vasitəsilə sənədləri səsli interfeys və ekran oxuyucu dəstəyi ilə oxuyub təsdiqlənməsinə imkan verən və ya digər əlçatan imzalama mexanizminin hazırlanaraq tətbiqi təklif edilib.

Bununla yanaşı, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın tələblərinə uyğun olaraq əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərin icrasının daha səmərəli təmin edilməsi, ölkənin sosial inklüzivlik siyasətinin gücləndirilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi və ölkəmizin inklüziv cəmiyyət quruculuğunda beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi məqsədilə Qlobal Əlillik İnklüzivliyi üzrə Əmman - Berlin Bəyannaməsinə qoşulmaq təklifi irili sürülüb.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
oxu.az

1Mənbələr