AZ

Bakıda bu ərazidə vətəndaşlar 3 həftədir susuz qalıb

Suraxanı rayonu ərazisində, A.Rzayev küçəsi 243 ünvanında yaşayan sakinlər üç həftədir içməli sudan məhrum olublar.

Far.Az-in "qaynar xətti"nə daxil olan məlumata görə, suyun kəsilməsi səbəbindən bir neçə ailə ciddi məişət çətinliyi ilə üzləşib.

Sakinlər iddia edirlər ki, problem qəfil yaranıb və bu müddət ərzində məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, hələlik konkret nəticə yoxdur.

Ərazidə yaşayan ailələr suyu ya qonşu küçələrdən daşımalı olur, ya da əlavə xərc çəkərək sifarişlə alırlar.

Seçilən
86
far.az

1Mənbələr