AZ

Nazir "yaşıl enerji" dəhlizləri layihələrinin icra vəziyyətindən danışıb

Bakı. Trend:

Biz daxili tələbat, ixrac və məlumat mərkəzləri üçün 8 qiqavatbərpa olunan enerji gücünün yaradılması planını həyata keçiririk.Bunun 2 giqavatı gələn il milli şəbəkəyə inteqrasiya ediləcək, 3,9qiqavatlıq hissənin isə 2032-ci ildən etibarən ixracı nəzərdətutulur.

Trend xəbərverir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bugün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cüiclası çərçivəsində çıxışında deyib.

"Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi üzrətexniki-iqtisadi əsaslandırma yekunlaşmaq üzrədir və ilk ikimərhələ "ENTSO-E"nin növbəti 10 illik şəbəkə inkişaf planıçərçivəsində qiymətləndirilir. Nəticələrin 2026-cı ildə açıqlanmasıgözlənilir. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrətexniki-iqtisadi əsaslandırma isə davam edir.

1 000 meqavat gücündə Zəngəzur ötürmə xəttinin tikintisinəbaşlanılıb və bu layihə Azərbaycan–Türkiyə–Avropa Yaşıl EnerjiDəhlizinin əsas halqasını təşkil edir. Eyni zamanda, Naxçıvandan 1giqavat Günəş enerjisinin Türkiyə şəbəkəsinə inteqrasiyası üçüntexniki həllər qiymətləndirilir vəAzərbaycan–Türkiyə–Gürcüstan–Bolqarıstan dəhlizi üzrə işlərirəliləyir.

Bütün bu təşəbbüslər birlikdə yeni transmilli enerji körpüsünüformalaşdıracaq və ölkəmizin qlobal enerji təhlükəsizliyində rolunudaha da gücləndirəcək", - nazir qeyd edib.

Məqalədə:
Seçilən
99
az.trend.az

1Mənbələr