AZ

Regional güclərin planları İranı yolayrıcına gətirib



"Hazırda İran ətrafında baş verənlər region üçün həm ciddi risklər, həm də strateji imkanlar açır. Ölkə daxilində siyasi gərginlik, iqtisadi böhran və hərbi qarşıdurmalar Tehranın idarəetmə qabiliyyətini sınağa çəkir. Xarici aktorların, xüsusilə ABŞ və İsrailin İrana hücumıları və təzyiq mexanizmləri, həmçinin regional güclərin planları İranı yolayrıcına gətirib".

Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə səsləndirib. O deyib ki, İranda daxili stabilliyin zəifləməsi və liderlikdə mümkün dəyişikliklər regionda yeni balansların formalaşmasına yol açır:

"Bu, qonşu ölkələr üçün həm təhlükə, həm də fürsət deməkdir. Hərbi qarşıdurmaların artması sərhəd təhlükəsizliyini və qaçqın axınını aktuallaşdırır, iqtisadi sanksiyalar isə Tehranın resurslarını daraldır. Bütün bunlar ABŞ və İsrail kimi güclərin müdaxilə ssenarilərini aktuallaşdırır, lakin eyni zamanda planların gerçəkləşməsi İranın reaksiyasından və daxili stabilliyin səviyyəsindən asılıdır".

Politoloq qeyd edib ki, hazırkı şəraitdə İranla bağlı planların birbaşa baş tutması hələlik çətin görünür:

"İranın hərbi strukturunun bu cür hücumlara adaptasiya olması və regional qruplarla əlaqələr ABŞ və İsrailin planlarının tətbiqini çətinləşdirir.

Buna baxmayaraq, regiondakı gərginliklərin davamı və İran daxilindəki qeyri-sabitlik, strateji manipulyasiya üçün imkan yaradır. Regional aktorların fəllaşması, sərhədlərə əlavə qüvvələrin yerləşdirilməsi planların qismən gerçəkləşməsinə yol aça bilər. Eyni zamanda, İran daxilindəki etnik və siyasi qrupların mövqeyi və xalqın reaksiyası da prossesin necə bitəcəyini müəyyən edəcək".

Süleyman


Seçilən
79
1
newscenter.az

2Mənbələr