AZ

Şahdağdakı Avropa çempionatında iştirak edəcək ölkələr BƏLLİ OLDU – SİYAHI

Azərbaycanda keçiriləcək xizək alpinizmi üzrə Avropa çempionatında iştirak edəcək ölkələr bəlli olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Qış İdman Növləri Federasiyası yayıb.

Qurum yarışda 18 ölkənin mübarizə aparacağını bildirib.

Bunlar Azərbaycan, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, Rusiya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Yunanıstan, Andorra, İsveç, AİN-dir (Neytral Statuslu İdmançılar).

Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzində təşkil olunacaq yarış martın 4-dən 8-dək davam edəcək. (Azərtac)

Bizim.Media

Seçilən
9
5
bizim.media

6Mənbələr