AZ

Qətər Bloomberg in “Patriot çatışmazlığı” iddiasını təkzib edib

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qətər ölkədə “Patriot” zenit-raket kompleksləri üçün kifayət qədər raket ehtiyatının olduğunu bəyan edərək "Bloomberg" agentliyinin yaydığı məlumatı təkzib edib.

Bizimyol.info xəbər verir ki, ölkənin Beynəlxalq İnformasiya Bürosunun açıqlamasında bildirilir ki, bazar ertəsi axşam yayımlanan xəbərin əksinə olaraq, Qətərin silahlanmasında olan “Patriot” raketdən müdafiə sistemlərinin ehtiyatı tükənməyib və arsenal tam şəkildə komplektləşdirilib.

“Rəsmi mənbələrdən əvvəlcədən təsdiq almadan bu cür yanlış məlumatların yayılması, xüsusilə regionda sürətlə dəyişən və son dərəcə həssas bir dövrdə, olduqca məsuliyyətsiz addımdır”, – deyə bəyanatda vurğulanıb.

Mətbuat xidməti əlavə edib ki, Qətər Silahlı Qüvvələri ölkə vətəndaşlarının və ərazidə olan bütün şəxslərin təhlükəsizliyini “nə qədər lazımdırsa, o qədər” təmin etməyə tam hazırdır. Həmçinin rəsmi Doha məlumatın düzəldilməsi üçün bütün variantları, o cümlədən hüquqi addımları nəzərdən keçirdiyini bildirib.

Bundan əvvəl "Bloomberg" yazmışdı ki, Birləşmiş Ərəb Əmirlikləri müttəfiqlərindən orta mənzilli hava hücumundan müdafiə sistemləri ilə bağlı yardım istəyib, Qətərin isə pilotsuz uçuş aparatlarına qarşı əlavə müdafiəyə ehtiyacı var. Agentlik həmçinin iddia etmişdi ki, mövcud istifadə tempi saxlanılarsa, Qətərin “Patriot” raket ehtiyatı cəmi dörd günə çata bilər.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr İranın ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu Tehrandan qaynaqlandığı iddia edilən raket və nüvə təhdidləri ilə əsaslandırıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu isə cavab olaraq genişmiqyaslı əməliyyat keçirdiyini və İsraildəki hədəflərə zərbələr endirdiyini açıqlayıb.

Bundan başqa, ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də hücuma məruz qalıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali dini lideri Ayətullah Əli Xamenei və İslam Respublikasının bir sıra digər yüksək vəzifəli şəxslərinin həlak olduğu bildirilir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
bizimyol.info

1Mənbələr